21 Fevral 2018 21:29
764

Tanınmış şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Teyyub Qurban vəfat edib.

Teleqraf.com "modern.az"a istinadla xəbər verir ki, Teyyub Qurban bu gün dünyasını dəyişib. Mərhum sabah saat 2-də Bülbülə kəndində dəfn olunacaq.

Qeyd edək ki, Teyyub Qurban 1934-cü ilin dekabr ayının 18-də Bakının Bülbülə qəsəbəsində neftçi ailəsində anadan olub. T.Qurban Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. Azərbaycan Xalq Cühmuriyyəti və Repressiya dövrünün araşdırıcısı kimi tanınırdı.

Allah rəhmət eləsin.


Müəllif: Teleqraf.com