23 Fevral 2018 11:43
3 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində daha bir vəzifəli şəxs işdən azad olunub.

Nazirliyin tabeliyində fəaliyyət göstərən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun direktoru Elçin Zeynalov vəzifəsindən azad edilib.

Onun öz ərizəsi ilə işdən çıxdığı bildirilir. Hazırda Fondda Elçin Zeynalovun vəzifəsini müavini Azər Bayramov icra edir./Xeberler.az/

Qeyd edək ki, Elçin Zeynalov İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun ilk icraçı direktoru olub. O, həmçinin əvvəllər RİTN-in Strateji Planlaşdırma, İnvestisiya və Elmi Potensial Şöbəsini müdiri işləyib.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondun Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 15 mart tarixli 2095 nömrəli Sərəncamı ilə yaradılıb.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyətin stimullaşdırılmasını, bu sahədə innovasiyaların tətbiqini, habelə tətbiqi elmi tədqiqat işlərinin genişləndirilməsini maliyyə dəstəyi ilə təmin edən dövlət orqanıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər