23 Fevral 2018 14:45
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində Xocalı soyqırımının 26-cı il dönümünə həsr olunmuş tədbir keçirilib.

Akademiyadan Teleqraf.com-a verilən məlumata görə, anım tədbiri dövlət himninin səslənməsi və soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan akademiyanın rektoru, professor Timuçin Əfəndiyev Xocalı faciəsi haqqında danışaraq, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirlidiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib: ”Xocalı qətliamı Azərbaycan xalqına qarşı Ermənistan-Azərbaycan müharibəsi dövründə vurulmuş ən ağır zərbədir”.

Rektorun çıxışından sonra akademiyanın tam orta məktəbinin şagirdləri, orta ixtisas(kollec) pilləsinin və bakalavr, magistr pilləsinin tələbələri tərəfindən Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirilib, “Ağla Şuşam Ağla”, ” Qərənfil”, milli rəqslərini “İki qəlbin dastanı” baletini ifa ediblər.

Daha sonra isə Xocalı qətliamının ilk şahidi, jurnalistləri bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparan ukraynalı pilot Leonid Markoviç Kraveçin iştirakı ilə Ukraynada yaşayan azərbaycanlıların birləşmiş diaspor təşkilatının Xocalı faciəsindən bəhs edən sənədli filmi nümayiş olunub.


Müəllif: Sara

Oxşar xəbərlər