23 Fevral 2018 15:28
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səsi dəyişdirmək üçün xüsusi tənəffüs məşqləri var və bu məşqlərlə istənilən nəticəni əldə etmək olar.

Səs problemləri ortaya çıxanda onu həblər vasitəsilə və ya cərrahiyyə yolu ilə aradan qaldırmaq mümkündür. Terapiya yolu ilə səsi bərpa etmək yeni bir üsuldur.

Teleqraf.com bildirir ki, tibb üzrə fəlsəfə doktoru Otolarinqoloq (LOR) Ramil Həşimli ARB-yə səsi həm terapiya ilə, həm də cərrahi əməliyyatı ilə dəyişməyin mümkün olduğunu deyib:

"İnsan çox həvəslə çalışarsa, 2 həftə ərzində dəyişə bilər”.

İstədiyin səsə malik olmaq üçün 3 aydan 6 aya qədər vaxt tələb olunur. Bu müddət ərzində keçilən terapiyadan sonra insanın səsi, necə deyərlər, öz ixtiyarında olur. Amma çalışmaları daimi olaraq yerinə yetirmək lazımdır ki, səs kökdən düşməsin.

ADMİU-nun kafedra müdiri Azad Şükürov bildirib ki, danışıq sənətini seçən adamlar danışığı və səslərini qurmalıdırlar:

“O səsi mikrofon səsinə gətirib çıxarmalıdırlar. Bunun üçün müəyyən məktəb keçmək, aylarla məşğul olmaq gərəkdir”.

Mütəxəssislər deyir ki, səsdə olan problemlər səs xəstəliyi nəticəsində ortaya çıxır.

"Səs xəstəlikləri bir neçə qrupa ayrılır. Bu xəstəliklər səs keyfiyyətinin dəyişməsinə səbəb olur".

Qidanın və ya suyun səs yoluna düşməsi nəticəsində baş verən çəçəməni isə həkimlər nevroloji problemlə əlaqələndirirlər. Heç kimə demək olmaz ki, onun səsi yoxdur. Sadəcə bu səslər tonuna və tembrinə görə bir-birindən fərqlənirlər.

Qeyd edək ki, insan 16 hersdən 20 kilohersə qədər diapozonda eşidə bilir. Lakin eşidilməsi mümkün olan normal səs maksimum 120-130 desibeldir. 200 desibeldən çox olan səs isə insanın ölümü ilə nəticələnə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər