26 Fevral 2018 08:28
1 326
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın məşhur mətbu orqanı "Nezavisimaya qazeta"da Xocalı soyqırımının 26-cı ildönünümü ilə əlaqədar məqalə dərc olunub.

Teleqraf.com xəbər verir ki, "Xocalı faciəsinə qarşı etinasızlıq qəbuledilməzdir" başlıqlı məqalədə soyqırımı aktlarına sükutla yanaşılmasının planetin başqa yerlərində də belə dəhşətli hadisələrin təkrarlanmasına gətirib çıxara biləcəyi vurğulanır.

"Azərbaycan bu gün – güclü və müstəqil dövlətdir, hansı ki, nüfuzundan yalnız öz regionunda deyil, həm də dünya səhnəsində istifadə edir. Azərbaycan Respublikası habelə beynəlxalq təşkilatların üzvüdür. Ölkə BMT, Avropa Şurası, ATƏT, İKT-nin üzvü kimi müsbət siyasi imic formalaşdırıb və onun iqtisadiyyatı sürətli templə artır. Azərbaycan başqa dövlətlərlə qarşılıqlı, faydalı əməkdaşlıq əlaqələri qurmağa çalışır", - deyə yazıda qeyd edilir.

Müəllif qeyd edib ki, Ermənistanın mövqeyi və böyük ölkələrin ikili standartları uzun illər boyunca Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasını yubadır.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri öz himayədarlarının köməyi ilı Xocalı şəhərinə hücum edib. Hücum nəticəsində dinc, silahsız əhali kütləvi şəkildə məhv edilib. Qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla, 613 nəfər silahlı quldurların təcavüzünə məruz qalıb və xüsusi amansızlıqla öldürülüb. Xocalının daha 150 sakini itkin düşüb, 1275 nəfər girov götürülüb və işgəncələrə məruz qalıblar.

Qeyd edilir ki, Xocalı şəhərində dinc əhaliyə - etnik azərbaycanlılara qarşı hərəkətlər beynəlxalq hüquqi sənədlərə əsasən, soyqırım kimi qiymətləndirilir və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq bəşəriyyətə qarşı cinayətdir.

Məqalədə həmçinin bir sıra ölkələrin Xocalı faciəsini genosid kimi tanımaları qeyd edilir.

Həmçinin bildirilir ki, Xocalı sakinlərinə divan tutmaq haqqında əmr Ermənistanın indiki prezidenti, 1992-ci ildə Dağlıq Qarabağda erməni silahlı birləşmələrinin qərargah rəisi olmuş Serj Sərkisyan tərəfindən verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər