Milli Turizm Təbliğat Bürosu Bakıda turistlər üçün pulsuz ictimai nəqliyyatdan, şəhər muzeyləri və mədəniyyət mərkəzlərinə ödənişsiz və ya endirimli girişdən istifadə etmək imkanı verən kartların qiymətini açıqlayıb.
Milli Turizm Təbliğat Bürosu mətbuat katibi Kənan Quluzadə Teleqraf.com-a bildirilib ki, kartlar üç növ olacaq: “24 saat üçün 35 manat, 72 saat 60, bir həftə 90 manatdır”.
Qeyd edək ki, sabah Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi və PAŞHA Travel şirkəti arasında Bakı şəhərinin rəsmi şəhər kartı yaratmaq məqsədilə memorandumun imzalama mərasimi keçirələcək.