Müdafiə Nazirliyi Ermənistan tərəfinin Azərbaycan ordusunun erməni kəndini guya atəşə tutduğuna dair iddialarına cavab verib.
Nazirlikdən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan-Ermənistan dövlət sərhədində erməni kəndinin guya Azərbaycan Ordusunun bölmələri tərəfindən atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı xəbər ermənilərin növbəti dezinformasiyasıdır: "Bu cür bəyanatla onlar gələcək təxribatlarına zəmin yaradırlar”.