Azərbaycanda gənclərin məşğulluğunun artırılması məqsədilə aparılan işlərə dəstək göstərən “Gilan Holding” ali məktəblərdə keçiriləcək Karyera günlərində iştirak edəcək.
Bakı Ali Neft Məktəbi (BANM) və ASAN xidmətin ASAN Könüllülük Məktəbinin birgə əməkdaşlığı çərçivəsində martın 1-də keçiriləcək 1-ci Karyera sərgisində “Gilan Holding” işə qəbul şöbəsinin əməkdaşları ilə təmsil olunacaq.
Həmçinin, “Gilan Holding” ADA Universitetində martın 2-də təşkil olunacaq 6-cı Karyera yarmarkasında tələbələrlə görüşəcək.
Bundan əlavə, “Gilan Holding” martın 10-da Qərb Universitetində keçiriləcək Karyera yarmarkasında da iştirak edəcək.
Bu sərgi və yarmarkalarda “Gilan Holding” gənc namizədlərlə ünsiyyət quracaq, onlara vakansiyalar haqqında məlumat verəcək, suallarını cavablandıracaq və özü üçün potensial kadrları seçəcək.
“Gilan Holding” daim gənclərin işlə təmin olunması üçün atılan addımları dəstəkləyir və bu işlərə öz töhfəsini verməyə çalışır.