2 Mart 2018 18:09
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyi martın 5-dən Bayıl yamacının sürüşmə ərazisində tədqiqat aparılması üçün topoqrafik reperlər quraşdıracaq.

Bunu Teleqraf.com-a ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidməti geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Nazirlik rəsmisi bildirib ki, quraşdırılacaq cihazlar sürüşmə sahəsində ən kiçik tərpənişləri də qeydə alacaq.

Əziz Qaralov qeyd edib ki, hazırda Teleqüllənin yaxınlığında sürüşmə prosesi davam edir.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər