7 Mart 2018 15:23
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş tütün məmulatlarının və spirtli içkilərin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən "Şərab evi" adlı ticarət obyektində realizə olunması barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Baş İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən dərhal zəruri əməliyyat tədbirləri keçirilib. Nəticədə həmin ticarət obyektinə keçirilmiş baxış zamanı Azərbaycan vətəndaşı Məmmədov Rəhman Nəriman oğluna məxsus müvafiq aksiz markaları ilə markalanmamış külli miqdarda xarici markalı siqaretlər və araqlar aşkar edilərək götürülüb.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər