Azərbaycana yaz fəslinin gəlmə vaxtı açıqlanıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov Report-a açıqlamasında deyib ki, yazın gəlişi martın 20-si saat 20:15:30-a təsadüf edəcək.
O bildirib ki, baharın gəlişi zamanı gecə-gündüz bərabərliyi hadisəsi baş verir: “Həmin vaxt gecə ilə gündüzün müddəti bir-birinə bərabər olacaq. Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni, cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bu zaman da yaz fəsli gəlir”.