10 Mart 2018 13:23
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:17

Azərbaycan Mətbuat Şurasının (MŞ) VII qurultayı başlayır.

Teleqraf.com xəbər verir ki, qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 241 nümayəndə iştirak edəcək.

Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.

Konfransda həmçinin MŞ İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsi də müzakirə olunacaq. Belə ki, Təşkilat Komitəsi İdarə Heyətinin üzvlərinin sayının 17-dən 23-ə çatdırılması təklifini edib. Bununla əlaqədar qurultay iştirakçıları Şuranın Nizamnaməsində dəyişiklik aparılmasına münasibətlərini bildirəcəklər.

MŞ İdarə Heyətinə seçilmək üçün üzv təşkilatlar tərəfindən ən çox namizədliyi irəli sürülmüş 24 jurnalistdən, 18 ictimaiyyət nümayəndəsindən və 9 internet informasiya resursu təmsilçisindən ibarət 51 nəfərin adının yer aldığı vahid seçki bülleteni tərtib edilib.

Qurultay iştirakçıları Nizamnamə dəyişikliyi təklifini qəbul etsələr, Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşacaq. Bundan başqa İdarə Heyətinin 2 jurnalistdən, 2 ictimaiyyət nümayəndəsindən və 2 internet informasiya resursu təmsilçisindən ibarət ehtiyat üzvləri də seçiləcək.

***

Bu gün Azərbaycan jurnalistlərinin VII qurultayı işə başlayıb.

Teleqraf.com-un məlumatına görə, əvvəlcə Dövlət Himni səsləndirilib.

Daha sonra tədbiri açıq elan edən Mətbuat Şurasının sədri Əflatun Amaşov qurultay iştirakçılarını salamlayıb. Ötən qurultaydan bu vaxta qədər dünyasını dəyişmiş jurnalistlərin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla yad edilib.

Əflatun Amaşov bildirib ki, qurultayda 169 təşkilatdan 241 nümayəndə qeydiyyatdan keçib.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin qurultay iştirakçılarına məktubunu oxuyub.

Daha sonra Əflatun Amaşov Əli Həsənovu doğum günü münasibətilə təbrik edib.Onun hər zaman jurnalistlərinin yanında olduğunu bildirib.

Əli Həsənov təbrikə görə təşəkkür edib. Bildirib ki, 25 illik məmur stajına malik olduğu müddətdə 3 halda özünü güclü hiss edib: “Prezidentimin yanında olanda, ondan tapşırıq alanda, Milli ordumuzun paradı keçiriləndə, hökümət evinin qarşısında ordunun texniki vasitələrini görəndə, media təmsilçiləri arasında özümü güclü hiss edirəm. Biz dövlətimizin başçısı, milli ordumuz və qələm sahibləri olan sizlərlə güclüyük”.

Əli Həsənovun sözlərinə görə, Azərbaycan dövlətini heç kim, heç zaman məğlub edə bilməz: "Heç kim Azərbaycan dövlətini aşağılaya bilməz, dövləti heç kim milli prinsiplərdən, ideyalardan çəkindirə bilməz.

Biz Azərbaycanın dövlət başçısı və onun iradəsi ilə güclüyük. Dövlətimizin təhlükəsizliyini təmin edən milli ordumuzla güclüyük. Azərbaycan qələm sahibləri - jurnalistlərlə güclüdür".

***

Sonuncu qurultaydan bu vaxta qədər jurnalistlərin bir sıra problemləri həllini tapıb.

Bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov hesabat məruzəsi ilə çıxışı zamanı deyib.

O, qurultayın Mətbuat Şurasının 15 illiyinə təsadüf etdiyini vurğulayıb.

“Mətbuat Şurası bu dövr ərzində media-hakimiyyət və media-cəmiyyət münasibətlərinin tənzimlənməsinə xidmət edib. Medianın maddi-texniki bazası, jurnalistlərin mənzillə təminatı ilə bağlı bir çox addımlar atılıb. VI qurultaydan sonra mediaya dövlət dəstəyi baxımından uğurlu illər olub. Buna görə dövlət başçımız İlham Əliyevə təşəkkür edirik.

VI qurultaydan bu vaxta qədər Şuraya 3145 şikayət daxil olub. 2213 şikayət həllini tapıb, 932-sində razılığa gəlinmədiyindən şuranın müxtəlif komissiyalarına göndərilib. Şikayətlərdən 159-u reketçiliklə mübarizə komissiyasında araşdırılıb. Reket jurnalistika ilə bağlı araşdırmanın 104-də yekun rəy qəbul edilib. Ümumilikdə 231 qərar çıxarılıb, 68 cavabdehə xəbərdarlıq edilib, 134 halda media nümayəndəliklərinə etinasızlıqla bağlı xəbərdarlıq edilib”

Əflatun Amaşov onu da əlavə edib ki, Mətbuat Şurası jurnalistlərin müxtəlif sahələrdəki problemlərini öyrənib.

O, şuranın fəaliyyəti ilə bağlı səsləndirilən neqativ fikirlərə də münasibət bildirib:

“Dünyada mətbuat şuralarının yerini müəyyən edən iki şərt mövcuddur. Onlardan biri qurum vasitəsi ilə mətbuatın problemlərini həll etməkdir. Şuraya 15 il ərzində 12 mindən çox şikayətin daxil olması Mətbuat Şurasının əhəmiyyətindən xəbər verir. Biz bu şikayətlərin olmamasıni istərdik. Cəmiyyətlə bərabər dövlət də Mətbuat Şurasına etibar edir.

Bəziləri isə bu funksiyalarımıza görə bizi ittiham edir. Onların fikrində Mətbuat Şurasının fəaliyyəti necədir, onu anlamırıq. Şura əleyhinə fikirlər səsləndirənlər bizi jurnalistlərə qarşı olmaqda, dövlətin tərəfini saxlamaqda ittiham edirlər. Lakin bu müddət ərzində Şuraya müraciətlərin 70 faizindən çoxunda jurnalistlər haqlı görülüb. Əlbəttə, mövcud problemlərin həlli üçün addımlar atılıb, mediaya yüksək səviyyədə maddi dəstək göstərilir”.

Əflatun Amaşov medianın problemlərindən də danışıb:

“Hesab edirik ki, müasir dövr media reklamdan və satışdan daha çox qazanmalıdır. Qəzet kağızının əlavə dəyər vergisinin götürülməsi bizim üçün vacib məsələdir. Çap mediası gələcəkdə daha etibarlı arxiv rolunu oynayacaq, ona görə yazılı medianın dövrünün başa çatması ilə bağı səsləndirilən fikirlər həqiqəti əks etdirmir. Bu mənada çap medianın satışına geniş imkanlar yaratmalıyıq, qəzet köçkləri ilə yanaşı metro stansiyalarında da bu imkanlar yaradılmalıdır”.

Əflatun Amaşov bildirib ki, onlayn mediada reklam bazarının istənilən səviyyədə olmaması səbəbindən onlara dövlət dəstəyi vacibdir:

“Ümumən mediaya dövlət dəstəyinin artırılmasına ehtiyac var. Region qəzetlərinə də dəstək olmalıdır”.

***

Azərbaycan jurnalistlərinin VII qurultayında Mətbuat Şurasının nizamnaməsinə dəyişiklik edilib.

Telqraf.com xəbər verir ki, nizamnamə dəyişikliyinin nəticəsi olaraq İdarə Heyətinin tərkibi genişlənib və üzvlərin sayı 17-dən 23-ə çatıb.

Nizamnamə dəyişikliyi ilə Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşacaq.

***

Mətbuat Şurasının sədri vəzifəsinə və İdarə Heyətinə yeni üzvlər seçilib.

Teleqaf.com xəbər verir ki, bununla bağlı Azərbaycan jurnalistlərinin VII qurultayında seçki keçirilib.

Səsvermə nəticəsində Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib.

Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşıb.

Səsvermə nəticəsində idarə heyətində jurnalsitlər arasında 11 nəfər əsas, 2 nəfər əlavə heyətə seçilib.

Əsas heyət: Əflatun Amaşov, Vüqar Rəhimzadə, Umud Rəhimoğlu, Rəşad Məcid, Aydın Quliyev, Akif Aşırlı, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Bəxtiyar Sadıqov, Aynur Camalqızı, Bahəddin Həziyev.

İctimaiyyət nümayəndələri arasında: Vüqar Səfərli, Müşviq Ələsgərlıi, Aqil Abbas, Cavanşir Feyziyev, Hikmət Babayev, İlham İsmayıloğlu, Yadigar Məmmədli.

İnternet Portalları: Vüsalə Mahirqızı, Azər Həsrət, Niyaz Niftiyev, Rəhman Hacıyev, Anar İmanov.

Qurultay öz işini başa çatdırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər