Abortla bağlı göstərilən rəqəm son 5 ili əhatə edir.
Teleqraf.com xəbər verir ki, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Onun sözlərinə görə, bu rəqəmlə bağlı açıqlama verilməməsi ajiotaj yaradır: “Orada zorlanma, azad seksual münasibətlər və erkən nikah üzrə nə qədər adamın aborta məcbur edildiyi açıqlanmayıb. Məsələnin bir tərəfi bu yaşda abortların məcburi abort hesab edilməsidir. Yetkinlik yaşına çatmayan uşaqlar valideynlərin qərarı əsasında abot edilib. O halda abort edən tərəf niyə bu ailəni Ailə Uşaq Mərkzələrinə istiqamətləndirməyib? Erkən nikahdan hamilə qalanların abortu absurddur. Çünki ənənəvi olaraq bizdə ilk uşağın abortu qəbul edilən deyil”.
Mehriban Zeynalova qeyd edib ki, Dövlət Statistka Komitəsi bu rəqəmlərin kateqoriyalarla bölgüsünü verməyincə bü cür ajiotaj yaşanacaq: “Rəqəmlərin real izahı olmadan, fərziyyələrlə danışmaq qeyri-peşəkarlıqdır”.
Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov bildirib ki, son 3-4 ildə abort etdirən məktəblilərin sayı 1200-ə çatıb. Abort etdirənlər 9-cu, 10-cu və 11-ci sinif şagirdləridir.
Dövlət Statistika Komitəsinin rəsmi hesabatına əsasən isə 2012-2016-ci illər ərzində 15-17 yaş arası olan yeniyetmələr arasında 308 nəfər abort etdirib.