13 Mart 2018 02:16
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir:

Qoç - ötənlərdə baş vermiş hadisələrdən biri indi sizi ciddi narahat edəcək. Qordi düyünü təsiri bağışlayan çətinliyi həll etməyə başlayın. Gərəkli sonuc əldə edilənədək çalışın. Yeni işə başlamayın: problemlər heç az deyil. Günün ikinci yarısında bilik, bacarıq və imkanlarınızı nümayiş etdirin. Maraqlı təkliflər eşidəcəksiniz. Uzaqdan mühüm məlumat alacaqsınız. Sualınızı cavablayacaq insan özü də bilmədən mübhəm məqamlardan birini aşkarlayacaq.

Buğa - maddi perspektivlərinizi dəqiqləşdirin. Sərfəli olmayan, mənfəət vəd etməyən işləri dayandırın. Çoxlu qüvvə və vaxt tələb edən, amma əvəzində kiçik irəliləyiş perspektivlərinə malik prosesdən kənara çəkilin. Borcu qaytarsalar və ya gəlir əldə etsəniz, pulları xərcləməyə tələsməyin. Günün ikinci yarısı asılılıq, köhnə əşyalar və ya mənasız əlaqələrdən qurtulmaq, yaşamınızda yük olan nəsnədən uzaqlaşmaq zamanıdır. Yeni dəyərlər əldə etmək həmişə yaxşı olmur. İntuisiyanıza qulaq asın. Ailə üzvlərinə təzyiq göstərməyin. Pressinq zamanı deyil.

Əkizlər - ziddiyyətlər və əkslikləri, fikir ayrılıqları və tərəddüdləri ağır problemlər saymayın. Mövqelərinizin dayanıqlı olmasına çalışın. Fəaliyyətinizin effektivliyinin dayanıqlı olması üçün zəruri tədbirlərin görülməsinə ehtiyac var. Qüvvələrinizin artımından yararlanıb ciddi üstünlüklər əldə etmək üçün qətiyyətli olun. Ruhdan düşməyin, əsla geri çəkilməyin. Günün ikinci yarısında emosiyalara aldanaraq düşünülməmiş qərar verməyin. Təsadüf olmayan "təsadüf" yaşana bilər. Həyat sizi seçim qarşısında qoyursa, praqmat olun. Təzyiqlərə sinə gərin.

Xərçəng - eyni vaxtda bir neçə işlə məşğul olsanız, mövqelərinizi itirə bilərsiniz. Maraq dairənizi bir qədər məhdudlaşdırın. Bütün işləri başa çatdırmaq mümkün deyil. Xəyallara qapılmayın. Yaxın ətrafınızdakı insanlardan birinin şirin vədlərinə aldanmayın. Günün ikinci yarısında işlərdə irəliləmək üçün yeni ideyalara ehtiyac var. Planlarınızı reallaşdırmaq üçün sınanmış metodlardan istifadə edin. İntellektual fəaliyyətlə yanaşı, fiziki işi də unutmayın. Axşam saatlarında normal istirahət etmək olar.

Şir - ikinci dərəcəli məsələlərin pərdələdiyi əsas məqamı görməyə çalışın. Ümumi ab-hava gərgindir. Ətrafdakı insanlar arasında münaqişələrin yaranması istisna deyil. Reaksiyanız sərt olmasın. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Başqalarını anlamağa can atın. Günün ikinci yarısında önəmli məsələnin həllində kreativ olun. Çoxlu iş görə bilərsiniz. Ailə üzvləri ilə təmaslarda iradları unudun. Tənqidi ertələyin. Səhhətinizə fikir verin. Axşam saatlarında normal istirahət etməyə çalışın.

Qız - məqsədlərinizlə məramlarınız dəyişə bilər. Qarşınıza qoyduğunuz hədəfə çatmaq üçün güc, vasitə və ya gərəkli insanların diqqəti yetərsizdir. İndi nəyisə yenidən təşkil etmək çox çətindir. Hadisələr planlaşdırdığınız kimi inkişaf etmirsə, narahat olmağa dəyər. Günün ikinci yarısında taktikanızı dəyişin. Planlar yeniliklər tələb edir. Hisslərinizdə qarışıqlıq yaratmayın. Cari situasiyanın çərçivəsində hərəkət edin, aktivlikdə ifrata varmayın. İşgüzar əlaqələriniz və şəxsi münasibətlərinizin olduğu insanlarla qayğıkeş olun.

Tərəzi - uzaqgörən olmağa çalışın. Gərgin situasiyaya rəğmən sağlam məntiq çərçivəsində hərəkət edin. Durumun çətinliyini instiktiv olaraq anlayın. Çalışdığınız insanların emosional durumunu qulaqardına vurmayın. Tapşırıq və öhdəliklərlə bağlı yalnış mövqe tutmayın. Yaxın ətrafınızdakı insanların istədiklərini yox, zərurət duyduğunuzu edin. Etibar etdiyiniz insanlarla işləyin. Dözümlü, səbrli olun. Axşam saatlarında maliyyə məsələlərində sayıqlıq lazımdır. Yalanlar artır.

Əqrəb - cari işlərlə məşğul olun, köklü və önəmli yeniliklərlə bağlı tələsik qərar verməyin. İlk baxışda görünməyən təfərrüatlara fikir verin. Yaxın ətrafınızdakı insanların davranışlarını nəzərdən qaçırmayın. Mühüm informasiya nüanslardadır. Günün ikinci yarısında maliyyə risklərinə, avantüralara başlamayın. Yaxşı tanımadığınız insanlara inanmayın. Nüfuzunuza zərbə vura biləcək situasiyaya düşə bilərsiniz. İntriqa ustalarından biri sizə qarşı məkrli plan hazırlayır. Hadisələr anlamadığınız ssenari üzrə inkişaf edir.

Oxatan - yaxın ətrafınızdakı insanların emosional durumunu nəzərə alın. Yeni münasibətlər və tərəfdaşlıq formatı yaratmaq olar. Harada səhv etdiyinizi anlamağa çalışın. Şəxsi münasibətlərdə təəssüf, pərişanlıq yarana bilər. İnciklik, vida, ayrılıq istisna deiyl. Məişət işlərində travma, zədə, yanıq riskləri artır. Günün ikinci yarısında bir işi yarımçıq qoyub başqasına başlamayın. Mühüm məsələ ilə bağlı fikrinizi qəflətən dəyişməyin. Hadisələrə təsir imkanlarına malik şəxslə təmasları aktivləşdirin. Sizi harasa dəvət edirlərsə, bu, xərclərlə bağlıdır. Emosiyalara uymayın.

Oğlaq - əldə etdiyiniz nəticələri diqqətlə nəzərdən keçirin. Qeyri-məhsuldar işlə məşğul olduğunuzu görsəniz, təcili qərar qəbul edin. Önəmli istiqamətdə uğur qazanmaq üçün imtina etməyiniz gərəkən məqamları seçin. Günün ikinci yarısı təşəbbüskar olmaq, yeni işlərə başlamaq, tələskənlik etmək, zərurət olmayan yerdə aktivlik etmək gərək deyil. Daxili narazılıq münasibətləri partlayış həddinə çatdıra bilər. Proseslərin ənənəvi axarını pozmamaq üçün müdrik olun. Yaxın gələcəyinizi diqqətlə planlaşdırın.

Dolça - günün ilk yarısı böyük səylər və diqqətin əsas işə yönəldilməsini tələb edir. Cari proseslərdən kənarlaşaraq şəxsi maraqlarınızın təminatı üçün asudəlik aramayın. Gərəkli işi vaxtında görməmək riski yaratmayın. Günün ikinci yarısında problemin həllinin fərdi axtarışları ilə müqayisədə kollektiv müzakirələr daha faydalıdır. Maraqlandığınız məsələ ilə bağlı durum dumanlıdır. Mövqelərinizin təhlükəsizliyini təmin edin. Maddi dəyərləri qoruyun. Münasibətlərdə heç nəyi korlamayın.

Balıqlar - başqalarının mənafelərini üstün tutaraq öz maraqlarınızı ikinci dərəcəli saymayın. Yaşamınıza müdaxilə edən hadisələr və proseslər sizi təbdən çıxarmamalıdır. Ehtiyatı əldən verməyin, məntiqli davranın. Gərginlik paradoksal olsa da, işlərinizdə irəşliləyişlərə səbəb olacaq. Günün ikinci yarısında qeyri-müəyyənlik yükündən qurtulacaqsınız. Hisslərin əsarətinə düşməyin. Maraqlara yenidən baxmaq, istiqamətləri təhlil etmək üçün əlverişli zamandır. Yaxın ətrafınızdakı insanlarla qarşılıqlı təmasları artırın. Seçim edin, üstünlükləri qiymətləndirin.

Milli.Az


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər