13 Mart 2018 14:24
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbində Novruz şənliyi keçirilib.

Teleqraf.com xəbər verir ki, şənlikdə Təhsil Nazirliyi, Xəzər Rayon İcra Hakimiyyəti, YAP Xəzər rayon təşkilatının əməkdaşları, və KİV nümayəndələri iştirak edib.

İlk olaraq qonaqlar "Köhnə və yeni Bakı" dekorasiyaları, qədim xalq sənəti nümunələri ilə bəzədilən internat məktəbinin həyətində dekorativ sənət, rəsm və toxuculuq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Sonra məktəbin dram dərnəyi üzvlərinin iştirakı ilə "Keçəlin saqqalı və Kosanın saçı" adlı tamaşa nümayiş olunub. Uşaqların ifasında Novruz bayramının adət-ənənələlərini özündə əks etdirən səhnəciklər təqdim edilib, milli rəqslərimiz ifa olunub, uşaqlar Kosa və Keçəllə birgə rəqs edib, mahnı oxuyublar.

Xatırladaq ki, 1979-cu ildə açılmış internat məktəbi 2005-ci ildən ümumi orta təhsil müəssisəsi kimi fəaliyyət göstərir. İnternat məktəbi 2014-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub və müasir tələblərə cavab verən avadanlıqla təchiz edilib.

Hazırda müəssisədə 154 şagird təhsil alır, 69 nəfəri burada gecələyir. Uşaqların təlim-tərbiyyəsi ilə 60 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.

İnternat məktəbində"Xalçaçılıq texnologiyası" fənni təsdris edilir. Şagirdlər ümumi təhsillə yanaşı xalçaçılıq sənətinin sirlərini də öyrənirlər. Təhsil müəssisəsində şahmat dərnəyi də var. Məktəbin şagirdlərdən ibarət futbol komandası mütəmadi olaraq respublika daxilində keçirilən idman yarışlarında iştirak edir.

İnternat məktəbi 2016-2017 ci tədris ilindən "Sağlam təhsil-sağlam millət" layihəsinə cəlb ediliblər .


Müəllif: Könül

Oxşar xəbərlər