13 Mart 2018 17:12
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 20-dən 27-dək Azərişıq ASC-nin Mərkəzi Aparatı və RETSİ-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil ediləcək.

ASC-dən Teleqraf.com-a verilən məlumata görə, bayram günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görüləcək, elektrik şəbəkəsinin normal rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək.

Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan yenidənqurma və əsaslı təmir-tikinti işləri müvəqqəti olaraq dayandırılacaq.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər