13 Mart 2018 20:14
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun Bakıda keçirilən beynəlxalq konfransında Bakı Bəyannaməsi qəbul olunub.

Teleqraf.com-un məlumatına görə, Bakı Bəyannaməsində deyilir: “Biz ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə martın 13-14-də Bakıda keçirilən “İpək Yolu boyunca iqtisadi əməkdaşlığın və mədəni əlaqələrin inkişafında parlamentüzvlərinin rolu” mövzusunda beynəlxalq konfransın iştirakçıları, qədim İpək Yolunun bərpasının əhəmiyyətini, mövcud nəqliyyat dəhlizlərininsəmərəli istismarının, “Müasir İpək Yolu” vasitəsilə sərnişinlərin, malların və xidmətlərin sərbəst və təhlükəsizhərəkətinin ATƏT regionu ölkələrinin milli maraqlarına və davamlı iqtisadi inkişaf məqsədlərinə uyğunluğunu nəzərə alaraq, qədim ipək yolu boyunca yerləşənvə həmin yolun bərpasından faydalana bilən ölkələr arasında iqtisadi, ticarət, nəqliyyat, sosial və mədəni əlaqələrin inkişafı və möhkəmləndirilməsi üçün hökumətlərin göstərdikləri səyləri dəstəkləməyin vacibliyini qeyd edərək, Helsinki Yekun Aktının prinsiplərinə uyğun olaraq ATƏT regionunda sülhün, təhlükəsizliyin və insan hüquqlarının qorunmasına, davamlı inkişafın və sosial rifahıntəmin olunmasına yönələn layihələrin, o cümlədən qədim İpək Yolunun bərpası layihəsinin həyata keçirilməsinə parlament üzvlərinin köməyinin əhəmiyyətini anlayaraq aşağıdakıları bəyan edirik:

1.Qədim İpək Yolunun bərpası üçün hökumətlərin göstərdikləri səyləri bütünlüklə dəstəkləyirik;

2.İpək Yoluna Dəstək Qrupunun üzvü olan deputatların təmsil etdikləri ölkələrin iqtsadi subyektləri, o cümlədən biznes qurumları arasında əməkdaşlığın genişləndirilməsinə və təşviqinə töhfə verməyə çalışacağıq;

3.Davamlı, təhlükəsiz və çevik nəqliyyat dəhlizlərinin inkişafı və funksionallığının artması üçün hökumətlərin göstərdikləri səyləri dəstəkləyəcək, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsinə və yayılmasına kömək edəcəyik;

4.Hökumətləri Avropa və Asiya qitələrini birləşdirən qədim İpək Yolunun bərpası çərçivəsində nəqliyyat dəhlizlərinin, tranzit şəbəkələrinin və logistika infrastrukturlarının inkişafına ümdə əhəmiyyət verməyə çağırırıq;

5.İpək Yoluna Dəstək Qrupunun üzvü olan deputatların təmsil etdikləri ölkələr arasında mədəni əlaqələrin, qarşılıqlı anlaşmanın və dialoqun gücləndirilməsi sahəsində irəli sürülən təşəbbüsləri dəstəkləyirik;

6.İpək Yoluna Dəstək Qrupunun növbəti tədbirlərinə evsahibliyi etmək üçün müraciət edən Belarus, Gürcüstan və İsveçrə nümayəndə heyətlərinin təşəbbüslərini alqışlayırıq”.

Xatırladaq ki, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu 2017-ci il iyul ayının 8-də Azay Quliyevin təşəbbüsü ilə Parlament Assambleyasının Minskdə keçirilən yay sessiyası çərçivəsində təsis edilib. Bu təşəbbüs 17 ölkə - Azərbaycan, Albaniya, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Gürcüstan, Qırğızıstan, Monqolustan, Monteneqro, Rumıniya, Serbiya, İsveçrə, İspaniya, Tacikistan, Türkiyə və Ukrayna tərəfindən dəstəklənib və qrup həmin ölkələrin ATƏT PA-dakı nümayəndə heyətlərinin imzası ilə rəsmən yaradılıb. Avstriya, Polşa və Makedoniyanın qrupa daxil olması ilə İpək Yoluna Dəstək Qrupuna üzv ölkələrin sayı 20-yə çatıb. (Report)


Müəllif: Teleqraf.com