14 Mart 2018 14:13
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir çox məşhur idmançımız BMT-nin Əhali Fondu və Niderland Krallığının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qız uşaqlarının dəyərinin təşviqi məqsədilə gənclərin maarifləndirilməsi” layihəsinə dəstək vermək üçün bir araya toplaşıb.

Teleqraf.com xəbər verir ki, layihə çərçivəsində hazırlanan “Yaxşı ki, varsan!” adlı videoçarx sosial şəbəkədə təqdim olunub. Videoda kişi idmançılarımızın qızlarla dialoqu əks olunub. Videonun mətni isə şeir kimi təqdim edilib.

Çarxda Rafael Ağayev, İlham Zəkiyev, Şahin Atamov, Cavid İmamverdiyev, Rövşən Bayramov, Bəhlul Mustafazadə, Rəşad Əhmədov çəkiliblər.

Sosial çarxı sizə təqdim edirik:


Müəllif: Şəfiqə