Genişmiqyaslı təlimlərə ümumi rəhbərliyi həyata keçirən müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Raket və Artilleriya Qoşunlarının təlimlərə cəlb edilən silah və hərbi texnikasına yerləşdikləri ərazidə baxış keçirib və şəxsi heyətlə görüşüb.
Teleqraf.com Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, nazir döyüş heyətlərinin hazırlığını yoxlayıb və təlimlərdə döyüş tapşırıqları yerinə yetirəcək müxtəlif çaplı raket və artilleriya qurğuları, reaktiv yaylım atəş sistemi və minaatanların daha effektiv tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verib.