8 Avqust 2014 11:39
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD-in liderlərindən biri – «sarı general» ləqəbi ilə tanınan Ömər Şişaninin (Tarhan Batiraşvilinin) vurulma anının videosu yayılıb


Atası oğlu ilə bağlı açıqlama verərəkən bildirmişdi ki, oğlunun radikallara qoşulmasının əsas səbəbi işsizlikdir: «Kiçik oğlum Tarhanı orduya (Gürcüstan – red.) çağırdılar. Orada göstərdiyi şücaətə görə vəzifəsi qalxır – serjant olur. Lakin sonra oğlum xəstələnir, ağciyərlərinə su yığılır – vərəm olur. Oğlum dövlətin ona heç əməliyyat pulu da vermədiyini gizlədir, müalicəni öz vəsaitləri hesabına edir. Əməliyyatdan sonra ona Telavidə iş veriləcəyi vəd olunsa da, heç nə alınmır. Ancaq boş yerə yorulmaq bizə qaldı. O zaman yoxsul yaşayırdıq, elə indi də fərqli deyil».


Timur Batiraşvili oğlunun «Ata görünür ki, mən burda heç kimə lazım deyiləm», - deyərək getdikdən sonra bir daha görmədiyini açıqlayıb: «Bilirsiniz, ehtiyac insana hər şeyi etdirir. O deyirdi ki, Suriyaya inancı uğrunda gedib. Amma mən bilirəm ki, ilk əvvəllər o, bir qəpik pulumuz olmadığı üçün Suriyaya getmişdi.»


Qeyd edək ki, Ömər Şişani Türkiyə və keçmiş SSRİ-dən olan döyüşçülərə rəhbərlik edirdi.

/FaktXəbər/


Müəllif:

Oxşar xəbərlər