Türkiyədə “Çiftlik Bank”ın təsisçisi, 27 yaşlı Mehmet Aydın və qardaşı Fatih Aydın minlərlə insanın milyonlarla manat puluni mənimsəyərək Uruqvaya qaçıb.
Teleqraf.com xəbər verir ki, M.Aydın Uruqvayda oğurladığı pulların görüntülərini çəkərək sosial şəbəkədə paylaşıb.
Dövlət tərəfindən aparılan araşdırmalara görə, “Çiftlik Bank”dakı pulların bir qismi Sıla Aydının (təxminən 1,7 milyon lirə -750 min manat-red.) hesabına transfer edilib. Daha 6 milyon TL (təxminən 3 milyon manat-red.) isə şirkətlə əlaqəsi olmayana üçüncü bir nəfərin hesabına köçürülüb. Aparılan araşdırmalara görə, M.Aydinin şəxsi hesablarında 22,6 milyon lirə (təxminən 10 milyon manat-red.) olub.
Qeyd edək ki, 27 yaşlı biznesmen əslən Türkiyənin Bursa şəhərindəndirlər. Qardaşların ata və anası hələ də adıçəkilən şəhərdə yaşayırlar.
Mehmet Aydın proqram təminatçısıdır. O, gündəlik öncə arıçılıqla məşğul olurub. Daha sonra isə “Çiftlik Bank”ı təsis edib. Biznesmen ilkin mərhələdə “Çiftlik Bank”ı həvəskar səviyyədə idarə edib. M.Aydın insanların banka axınını görəndən sonra işə ciddi yanaşıb. O, topladığı pulla Bursada 250 baş heyvandan ibarət ferma açıb.
Son məlumatlara görə, Mehmet Aydın Uruqvayın ən prestijli yerlərinin birindən lüks mənzil alıb.