16 Mart 2018 12:24
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə çıxış edən KİVDF sədri Vüqar Səfərli müsabiqəyə 67 mətbuat orqanından kifayət qədər keyfiyyətli yazıların daxil olduğunu bildirdi: "Ümumilikdə, 169 yazı daxil olub. Bu yazılar 12 ekspert tərəfindən qiymətləndirilib. Hər yazı 3 ekspert tərəfindən qiymətləndirilib. Nəticədə ən yüksək bal toplayan yazılar seçilib, Müşahidə Şurasında baxılıb. Keçən müsabiqələrdən fərqli olaraq bu müsabiqədə 15 istiqamət əhatə olunub. Hər istiqamət üzrə 6 qalib, ümumilikdə 90 nəfər seçilib. Bir nəfər 1-ci yer, iki nəfər 2-ci yer, üç nəfər 3-cü yerə layiq görülüb. Mükafatlar isə müvafiq plaraq 500, 400 və 300 manatdır".

Daha sonra müsabiqədə yazıları dəyərləndirən ekspertlər çıxış edərək Fonda daxil olan yazılarla bağlı fikirlərini, tənqid və iradlarını səsləndirdilər. Qeyd etdilər ki, daxil olan yazılarda internet materiallarına, statistik məlumatlara çox yer verilir. Bu baxımdan yazılarda bənzərlik hiss olunur. Bu baxından o cür yazılar müsabiqədən kənarda qalır.

Sonda KİVDF sədri qaliblərin adlarını açıqlayıb.

Qaliblər arasında Teleqraf.com-un əməkdaşları Nərgiz Cavadzadə, Nərmin Muradova və Ruslan Xəlil də var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər