Təbii ağrıkəsici çərəzlərdən biri badamdır. Badamın tərkibində olan faydalı maddələr baş ağrılarına da kömək edir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu çərəzdə maqnezium olduğundan əzələlərin rahatlamasına təsir göstərir, gərginliyi azaldır. Xüsusi ilə baş nahiyəsində yaranan ağrıların qarşısını almaq üçün 10-12 badam yemək 2 aspirin içmək qədər xeyirlidir.
Təbii yağlar içərisində xüsusi çəkisi olan badam yağı sağlamlıqdan əlavə gözəllik üçün də faydalıdır.
Bu yağ dəriyə heç bir ziyan vermir və tez bir zamanda istədiyimiz nəticəni əldə etməyimizə yardımçı olur.
Buna görə də dəriyə, bədənimizə qulluq zamanı bu yağlardan istifadə əla seçimdir.