8 Avqust 2014 13:30
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bədbəxt hadisə nəticəsində 5 yaşlı qızını itirən “Şərq” qəzetinin redaktoru Anar Bayramoğlu qızı barədə danışıb.


Teleqraf.com-
un məlumatına görə, körpənin əmisi Ayyət Əhməd Facebook səhifəsində qardaşının öz övladı barədə dediklərini qeyd edib.

A.Bayramoğlunun qızına həsr etdiyi sətirləri təqdim edirik: “Qızım, sən ordan yıxılanda hansı qorxu hissi keçirmisən? Necə qorxmusan? Nə düşünmüsən? Kimdən kömək istəmisən? Necə qışqırmısan? Qızım, bu suallar məni ömür boyu dinc buraxmayacaq. Bu suallara cavab tapa bilmirəm. Kaş Allah mənə bir də qız nəsib etməsin. Səni heç kim əvəz etməyəcək. Sənsiz heç kiməm. Sən həyatımda ilk yanar çıraq oldun. Bu yükü qaldıra bilməyəcəm. Ailəmizə ilk nuru sən saçdın. Sənsizlik yükünü qaldıra bilməyəcəm, Cavidan”.

Xatırladaq ki, avqustun 5-də jurnalistin 5 yaşlı qızı Cavidan yaşadıqları binanın 6-cı mərtəbədən yıxılaraq dünyasını dəyişib. Körpə Abşeron Gənclər Şəhərciyindəki binanın 6-cı mərtəbədə mətbəxin açıq pəncərəsindən yıxılıb.

Qeyd edək ki, iyulun 16-da isə tanınmış jurnalist Ayaz Nizamioğlunun 3 yaşlı oğlu Maqsud yaşadıqları binanın 4-cü mərtəbəsindən yıxılaraq vəfat etmişdi.


Müəllif:

Oxşar xəbərlər