Bu gün Bakıda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib.
Teleqraf.com xəbər verir ki, şənlikdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edib.
Milli geyimli uşaqlar meydanda rəqs ediblər. İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanıb.
Ulu Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.