19 Mart 2018 23:57
1 688
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyini qeyd edəcək.

Teleqraf.com-un məlumatına görə, səfirliyin rəsmi Feysbuk səhifəsində bildirilib ki, mart ayı qadınların tarix, elm və bir sıra digər sahələrdə nailiyyətlərinin qeyd olunduğu və tanındığı aydır.

“Növbəti həftələr ərzində biz, hər kəs üçün nümunə olmuş güclü və müstəqil qadınların ruhlandırıcı hekayələrini bölüşəcəyik. Azərbaycan qadınlara səs vermə hüququ verən ilk müsəlman dövlətidir və Azərbaycan Demokratik Respublikasının milli məclisində qadın deputat təmsil olunub. ADR Azərbaycan ərazisində yaşayan bütün insanlar üçün bərabər hüquqlar və bərabər təmsilçilik elan edib. Bununla yanaşı, ADR bütün vətəndaşlar üçün söz və ifadə azadlığı daxil olmaqla bütün vətəndaş və siyasi azadlıqları elan edib. Bu il ABŞ səfirliyi Azərbaycana qoşularaq ADR-in 100 illik yubileyini qeyd edir”, - deyə vurğlanıb.

Səfirlik həmçinin tarixi fotoşəkil paylaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər