Son zamanlar, xüsusən prezident seçkiləri ərəfəsində bəzi "həmvətənlərimiz”in sosial məkanda sözün əsil mənasında aktivliyi vəcanfəşanlığı diqqətdən yayınmır.
Ya çənəsinə, dilinə güc verib söyüş söyənlər, prezidentə, onun ailəsinə qarşı açıq təhqirə yol verənlər, yada şəkillərdən heyif çıxmağa çalışanlar görəsən nə etmək istəyir, nəyə, yaxud kimə xidmət göstərir? İnsan adlandırmağın belə günah olduğu bu adamcıqlar doğrudanmı elə düşünürlər ki, onlara baxanlar (özlərinin iddiaetdikləri kimi hər videoya 70 min adam baxır) bugülünc şounu dəstəkləyənlərdir? Əvvəla, "baxmaq heç də bəyənmək anlamına gəlmir” kəlamının nə dərəcədə doğru olduğunu artıq 10 yaşımdan dərk etmişəm. Qonşumuz Kolya dayı hər gün içib evinin pillləkənlərini sürünərək qalxanda və hər hərəkətində insanın meymundan yalnız şüuruna görə fərqləndiyini əyani şəkildə sübut edəndə biz də baxır, əylənirdik. Amma ürəyimizdə yalnız bir hiss vardı – acı təəssüf hissi. Bu gün də özünü azərbaycanlı adlandırıb meydanda sözün əsil mənasında meymunluq edən, bununla da millətinin və xaqının təəssübünü çəkdiyini bar–bar bağırıb ucuz şou düzəldənlərə etiraf edək ki, adamın yazığı gəlir.
Əvvəla ona görə ki, qanacaq və mərifət yaxşı keyfiyyətlərdir və bu keyfiyyətləri nəyin bahasına olursa-olsun ayaqlar altına atmaq, tapdalamaq olmaz. Hətta, sizə bunun müqabilində Avropada yaşamaq, vətəndaşlıq almaq, bir sözlə, avropalı olmaq vədi verilirsə... Yox əgər əxlaqı, mərifəti, adi ədəb qaydalarını, ümumiyyətlə, kişi adına yaraşmayan hərəkətləri yalnız maraqlarda görürsünüzsə, o zaman yazıqlar olsun. Görünürsiz uşaqlıqdan bu cür dəyərlərdən, ilk növbədə ailə dəyərlərindən məhrum olmusunuz. Bu cürə xlaq, mərifətlə isə nə vətəndaş olmaq, nə ailəsinə, nə də xalqına yaramaq mümkündür. Belə olan halda hər bir fərd yalnız və yalnız YARAMAZA çevrilir ki, bunu da sizin hərəkətinizdən, düşüncələrinizdən və aparıdığınız çirkin qarayaxma kampaniyalarından tam aydın görmək mümkündür.
Ailə dəyərlərinə gəlincə, əminliklə deyə bilərəm ki, hər bir azərbaycanlı ailəsində körpəyə hələ uşaqlıqdan bu fikirlər aşılanır:
1.Ailə müqəddəsdir. Öz ailəsinə, konkret olaraq anasına, atasına, bacısına hörmət edən kəs başqasını söyməz. Çünki ahıl insanların yaxşı sözü var: "Söyüş iki başlı olar”.
2.Mübarizəni kişi kimi apararlar.
3.Bir vəfat etmiş insanın ruhuna, bir ahıl insana, bir də xanıma ehtiramla yanaş...
Əgər kimsə bu dəyərlərdən məhrumdursa onun düşdüyü durum Kolya dayının vəziyyətindən də ağırdır. Əlbəttə, hər kəs öz həyatının sahibidir və görünən odur ki, Avropaya yağlı tikə dalınca gedən, yaxud artıq Avropada olub sahibinə nə dərəcədə etibarlı olduğunu sübut etməyə çalışan kəslər digər dəyərlərlə yanaşı, bu missiyanı da ucuzlaşdırıblar. Bu həyatda nələr görmədik ki... Qoca Qitəyə ayaq basmaq naminə müxalifətin mitinqlərinə qatılmaq da, hətta başını yarıb və ya üz-gözünü cırıb şəkil çəkdirərək günahı polisin üzərinə atmaq da (inanın, belələrini şəxsən tanıyıram), müxtəlif yollarla internet kanallarına yol tapıb müxalifyönümlü jurnalist imici qazanmaq da, yaxud özünü bloqqer kimi təqdim edib qəhrəman obrazı yaratmaq, hətta cinsindən belə imtina etmək də təcrübədə var. Amma Avropa pasportunu açıq şəkildə, utanmadan və bunu Avropa küçələrində bağıraraq şərəfə, mənliyə, əxlaqa dəyişmək ənənəsi artıq yeni taktikadır. Hər halda, bizim "vətənpərvərlər" üçün. Bütün dəyərlərdən məhrum olan həmin kəslər görəsən bu taktikanı daha nə ilə əvəz edəcək?...
P.S. Bu yaxınlarda həmin "vətənpərvərlər" birinin Avropanın hansısa küçəsinə şəkil yapışdıraraq şərh etdiyi videonu izləyirdim. Videoda qəhrəmanlıqdan, xalqdan, millətdən danışan bu kəs kənardan keçən və ona türk dilində "məni çəkmə” deyə xahiş edən xanımın üzərinə "get işinlə məşğul ol”, "get burdan”, "harda dəli var gəlib bizi tapır” deyərək ucadan qışqırır. Əminəm ki, xanım növbəti dəfə öz etirazını bildirsəydi, "qəhrəmanımız”dan yaxşıca kötək yeyəcəkdi. Deməli, bu yanaşma yalnız bizə qarşı deyil. Beyinlə, düşüncə ilə, psixoloji durumla, bir də səviyyə ilə bağlıdır. Hər halda, avropalı mütəxəssislərin hər millətdən olan bu cür kəsləri necə ustalıqla axtarıb tapması və daha sonra onlardan istədiyi formada yararlana bilməsi bacarığı da bu məqamda etiraf olunmalıdır. Necə deyərlər, avropasayağı demokratiyanın elə avropasayağı "qurucuları” və ya ünsürləri də belə olmalıdır. Odur kl, bu kəsləri Azərbaycan dövlətinin və xalqının deyil, məhz Avropa mühitinin və Avropa "demokratlarının" cücərtiləri adlandırsaq daha düzgün olar...
Filologiya elmləri doktoru, telejurnalist Rövşən Raqifoğlu