Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Kemerovo şəhərinin ticarət mərkəzində çoxsaylı insan tələfatına səbəb olmuş yanğınla əlaqədar ölkənin başçısı Vladimir Putinə başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, başsağlıgında deyilir:
"Bütün rus xalqına başsağlığı verirəm, həlak olanların ailələrinə səbr diləyirəm", deyə Ərdoğan bildirib.
Öz növbəsində Türkiyənin baş naziri Binali Yıldırım rusiyalı həmkarı Dmitriy Medvedevə başsağlığı verib. Bundan əvvəl Kemerovodakı faciə ilə əlaqədar Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Rusiya xalqına başsağlığı verib. (APA)