Müğənni-bəstəkar Emin Ağalarov Rusiyanın Kemerov vilayətində yerləşən əyləncə mərkəzindəki baş vermiş yanğında həlak olan 64 nəfərin ailəsinə maddi yardım edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Emin İnstaqram səhifəsində məlumat verib.
O, 5 şəhərdə verdiyi konsertdən əldə etdiyi 5 milyon rubl gəliri faciə qurbanlarının ailələrinə göndərdiyini bildirib.
“Kemerovda baş vermiş dəhşətli faciəyə biganə qalmaq qeyri-mümkündür. Buna görə yanğından sonra köməyə ehtiyacı olan qurbanların və yaralanan şəxslərin ailələrinə pul yardımı etmək qərarına gəlmişəm. 5 şəhərdə konsert vermişəm və hər bir konsertdən 1 milyon rubl gəlirim olub. Bu konsertlər onsuz da xeyriyyə məqsədi danışırdı. Dostlarla bərabər 15 milyon rubl toplamışıq və pulu Müslüm Maqomayev adına Fonda göndərmişik.
Qeyd edək ki ,E. Ağalarov martın 28-də Tümendə keçirməyi planlaşdırdığı konsertini təxirə saldığını bildirib.