28 Mart 2018 15:01
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda tibbi müayinə aksiyası keçirilir.

Teleqraf.com xəbər verir ki, aksiya bu gün axşam saatlarına kimi davam edəcək.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Baş həkiminin Operativ və hospital işlər üzrə müavini Murad Mirzəzadə bildirib ki, tibbi müayinə aksiyası səhər saatlarından başlayıb: “Riyaziyyat və Mexanika İnstitutunun 200-ə yaxın əməkdaşı tibbi müayinədən keçəcək. Hazırda aksiyada tibbi xidmətdən keçmək istəyən vətəndaşlar ödənişsiz olaraq terapevt, kardioloq, uroloq, oftalmoloq, endokrinoloq, nevropotoloq, LOR, cərrah, USM müayinələrindən yararlanırlar. Eyni zamanda səyyar laboratoriya aparatı gətirilib”.

Murad Mirzəzadə qeyd edib ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları da müayinəyə cəlb ediliblər: “Tibbi müayinənin əsas məqsədi əhali arasında sağlam həyat tərzini təbliğ etməkdir. İnformasiya Texnologiyaları İnstitutunun 600-dən çox işçisi var. Səhər saatlarından etibarən başlayan aksiyada 85 nəfərdən çox insan iştirak edib. Səhər iştirakçılar az idi, amma indi say çoxalıb. Aksiya sonuncu insanın müayinəsi bitənə kimi davam edəcək. Hər bir vətəndaş qeydə alınır, şikayətlər toplanıri və həkimlərə yönəldilir”.

AMEA-nin Riyaziyyat və Mexanika İnstitutunun Həmkarla İttifaqının sədri İradə Nağıyeva deyir ki, əməkdaşların tibbi müayinə cəlb edilməsi üçün Səhiyyə Nazirliyinə müraciət olunub: “Məqsədimiz elm adamlarımızın iş yerindən ayrılmadan tibbi müayinədən keçməsini təmin etməkdir. Bilirsiniz ki, burada əsasən yaşlı insanlar çalışır. Aksiyada yalnız Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşlarının iştirak ediləcəyi planlaşdırılırdı. Daha sonra İnformasiya Texnologiyaları İnstitutundan müraciət edildi ki, onların əməkdaşları da müayinəyə iştiak etsinlər. Biz də razılaşdıq”.

Qeyd edək ki, AMEA-nin hər iki istitutunun elm işçiləri günün sonuna kimi tibbi müayinə aksiyasında iştirak edəcəklər.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər