29 Mart 2018 12:28
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlahiyyat İnstitutununun binası məsələsi hələlik açıq qalıb.

Teleqraf.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri bildirib ki, məsələ həllini tapandan sonra instituta qəbul həyata keçiriləcək:"Prezident İlham Əliyevin imzaladığı fərmana uyğun olaraq vəzifələr müəyyənləşdirilib. Biz öz üzərimizə düşən bütün vəzifələri yerinə yetirmişik. Təhsil Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Nazirlər Kabinetinin müvafiq şöbələri lazımi tədbirləri görüb, sifarişlər verilib, qəbul aparılacaq ixtisaslar müəyyənləşib".

Mübariz Qurbanlı qeyd edib ki, bu il bəzi fakültələr üzrə qəbul mümkündür: "Bu il lazımi tədbirlər, görülən işlər davamlı olsa, xüsusilə bina məsələsi həll edilsə,dinşünaslıq, islamşunaslıq fakültələri üzrə tələbə qəbulu baş tutacaq".

Mübariz Qurbanlı Suriyada saxlanılan uşaqların Azərbaycana gətirilməsi ilə bağlı işlərin davam etdiyini də bildirib.

Komitə sədrinin sözlərinə görə, Suriyadakı qanunsuz birləşmələrə qoşulan azərbaycanlıların uşaqlarının ölkəyə gətirilməsi ilə başqa dövlət qurumlar məşğul olur: "İşlər davam etdirilir. Bizim komitə bu işə dəstək verir".


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər