29 Mart 2018 11:36
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistandan fərqli olaraq, Azərbaycanda, Bakının mərkəzində erməni kilsəsi fəaliyyət göstərir. Kilsədə erməni dilində 5000-ə yaxın ədəbiyyat var. Kilsə və həmin ədəbiyyat Azərbaycan dövləti tərəfindən qorunur".

Teleqraf.com xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “1918-ci il - azərbaycanlıların soyqırımının 100 illiyi. Müasir dövrdə soyqırım, hərbi təcavüz və etnik təmizləmə siyasəti” mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimində Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov deyib.

C.Məmmədov bildirib ki, Bakı şəhərində çoxlu sayda erməni sərbəst şəkildə yaşayır və onlarla azərbaycanlılar arasında heç bir konflikt yoxdur: "Ermənilər tərəfindən Azərbaycanın tarixi-mədəni abidələri dağıdılıb, Qarabağdakı məscidlər yerlə-yeksan edilib. Azərbaycanda isə erməni kilsəsi dövlət tərəfindən mühafizə olunur. Biz Şuşadakı "Gövhər ağa" məscidinin təmirinin arxasında da siyasi məqsədlərin dayandığı çox yaxşı bilirik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər