29 Mart 2018 11:32
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacı Cavad məscidinin açılış tarixi yaxın vaxtlarda məlum olacaq.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri qeyd edib ki, Yasamal rayonu, Abdulla Şaiq küçəsi-79 ünvanında yerləşmiş məscidin yeni ünvanda - A.M.Şərifzadə küçəsində tikintisi artıq başa çatıb: "Yaxınlarda açılış tarixi müəyyən ediləcək və ictimayyətə müvafiq məlumat veriləcək".

Qeyd edək ki, eyni adlı məscidin 2017-ci ilin aprel ayında sökülməsi gündəmə gəlmiş və bu, etirazlara səbəb olmuşdu.

2017-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi əsasında Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülüb, həmin rayonun ərazisində yeni ünvanda, Abbas Mirzə Şərifzadə küçəsində təməlinin qoyulmasına qərar verilib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər