29 Mart 2018 14:15
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin rəsmi saytı məlumat yayıb.

Məlumata əsasən, R.T.Ərdoğan və Z.Həsənovun görüşü bu gün Ankarada Prezident iqamətgahında baş tutub.

Ötən gün Azərbaycanın müdafiə naziri Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akarla görüşüb. Görüşdə iki ölkə arasında hərbi əməkdaşlıq, regiondakı hərbi-siyasi vəziyyət müzakirə olunub.

Qeyd edək ki, Z.Həsənov Türkiyənin Müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə martın 28-də Ankaraya rəsmi səfər edib. General-polkovnik martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər