29 Mart 2018 16:20
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Misir arasında ikitərəfli münasibətlərin ildən-ilə inkişafı iki ölkənin əmək və sosial müdafiə sahəsində sıx əməkdaşlıq əlaqələrinin formalaşdırılması üçün əlverişli zəmin yaradıb.

Teleqraf.com-un məlumatına görə, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Misirin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel İbrahimlə görüşündə deyibş

Nazir bildirib ki, qeyri-neft sektoruna əsaslanan dayanıqlı inkişafın təmin edilməsi üçün aparılan islahatlar daim artan əmək resurslarının səmərəli məşğulluğunun təmin edilməsinə də imkan verib: “Ümumilikdə Azərbaycanda iqtisadi inkişaf proseslərində məşğulluq amili daim ön planda saxlanılır və məşğul əhalinin artım tempinin iqtisadi fəal əhalinin artım tempindən yüksək olması da bunu göstərir”.

Səlim Müslümov digər bir sıra İslam ölkələri kimi, Misir Ərəb Respublikası ilə də əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlıq əlaqələrinin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində həyata keçirildiyini bildirib. O, İƏT-in Bakıda yaradılacaq Əmək Mərkəzinin Təşkilata üzv dövlətlər, həmçinin Azərbaycan və Misir arasında da əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın inkişafına xidmət edəcəyini vurğulayıb.

Adel İbrahim ölkəsi ilə Azərbaycan arasında dost münasibətlərinə əsaslanan əməkdaşlıq əlaqələrinin daim genişləndiyini vurğulayıb, əmək və sosial müdafiə sahəsində də bu əlaqələrin formalaşması və inkişaf etdirilməsinin qarşılıqlı fayda verəcəyini bildirib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər