30 Mart 2018 13:46
1 525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda boş torpaq sahəsinin 40 milyon manata təklif edilməsi fantastika kimi təqdim olunur, halbuki bu, real qiymətdir.

Bu sözləri Teleqraf-com-a açıqlamasında "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, həmin qiymətə təklif edilən torpaq sahəsi 210 sotdur: “Sotu 200 min manata düşür. Bakı şəhərinin biznes tikinti zonasında 1 sot torpağın 200 min manat təklif edilməsi normaldır. Həmin ərazidə o qiymətə torpaq tapmaq çətindir.

Şəhərin mərkəzinə gəldikcə torpağın qiyməti hər kvadrat metrinə görə 2000-5000 manat arasında dəyişir. Harda hündürmərtəbəli bina tikmək mümkündür, orada torpağın kvadrat metrini 2000 manatdan aşağı almaq çətindir”.

Qeyd edək ki, elan saytlarının birində qiyməti 39-40 milyon manata torpaq sahələri təklif olunur. Bakının Nərimanov rayonunda 40 milyon manata satılan boş torpaq sahəsi 2 hektar 10 sotdur.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər