Qobustandakı "Ayrantökən" palçıq vulkanından sonra püskürəcəyi ehtimal olunan başqa vulkanlar da var. Onlar Qobustan və Abşeron rayonlarında yerləşir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.
Onun sözlərinə görə, institutun əməkdaşları tədqiqatların aparılması üçün ötən gün püskürmüş "Ayrantökən" vulkanına ezam olunublar: “Amma hava yağışlı olduğu üçün vulkana yaxınlaşa bilməyib, geri qayıdıblar.
Biz Qobustanda geoloji aktivləşmə müşahidə etmişdik və vulkanın püskürməsini gözləyirdik. Digər ərazilərdə də vulkan püskürəcəyini gözləyirik”.
Qeyd edək ki, ötən gün Qobustan rayonunda "Ayrantökən" palçıq vulkanı püskürüb.