Paytaxtda Bakı Elm Mərkəzinin yaradılması ilə bağlı kampaniyaya start verilib.
Teleqraf.com xəbər verir ki, təşəbbüskarlar ilkin mərhələdə 20 min imza ilə Azərbaycan Respublikası Prezidentinə müraciət ünvanlamaq niyyətindədirlər.
"Birlik göstərməsək, qapılar hər zaman bağlı qalacaq. Addım atmaq bizə böyük bir təcrübə qazandıracaq. Bütün imza sahiblərinə Elm Azərbaycan və az sayda elmi platforma adından təşəkkür edirik. Məhz, sizin sayənizdə arzularımızı reallaşdırmağa yaxınıq!", deyə məlumatda bildirilir.
Bildirilir ki, Bakı Elm Mərkəzində aşağıdakı məsələlər öz əksini tapacaq:
- Fərqli yaş qruplarının və fərqli elm sahələrinə maraq göstərən şəxslərin maraqlarını təmin edəcək
- Elm və texnologiyanı cəmiyyət üçün anlaşılan və əlçatan hala gətirəcək.
- Elm və texnologiyanın vacibliyini cəmiyyətin gözü qarşısında artırmağı hədəfləyəcək
- Təcrübi və tətbiqi fəaliyyətlərlə dolu olan, qonaqlarını təcrübəyə və kəşfə təşviq edən mərkəz olacaq.
Kampaniyaya qoşulmaq üçün www.change.org linkinə girib səs verməyiniz kifayetdir.