Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İran İslam Respublikasından Azərbaycana gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən xəbərə görə, yoxlama zamanı vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Tibbi müayinə nəticəsində həmin şəxsin düz bağırsağında dörd ədəd bükümdə xalis çəkisi 37,900 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.