31 Mart 2018 14:14
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi (DGK) xaricdən ölkə ərazisinə gələn yük nəqliyyat vasitələrindən gömrük orqanlarının gömrük vergi və rüsumlarından əlavə qeyri-qanuni rüsumlar tələb etdiyinə dair yayılan məlumatlara münasibət açıqlayıb.

DGK-dan Teleqraf.com-a bildiriblər ki, bu məlumatlar həqiqətə uyğun deyil: "Yayılan məlumatda o da bildirilir ki, guya bəzi sahibkar və sürücülər tələb olunan vəsaiti verməkdən imtina etdikləri üçün onlara aid nəqliyyat vasitələri sərhəd-gömrük keçid məntəqələrindən buraxılmayıb və bu da məntəqələrin qarşısında sıxlığın yaranmasına səbəb olub".

Dövlət Gömrük Komitəsi bildirir ki, nəqliyyat vasitələrinin gömrük sərhədindən keçmə prosesi mövcud qanunvericiliyə görə tənzimlənir, gömrük sərhədindən keçən mal və nəqliyyat vasitələrinə görə yalnız qanunvericilikdə nəzərdə tutulan vergi və rüsumlar ödənilməlidir. Üstəlik hazırda ölkənin sərhəd-gömrük keçid məntəqələrində istər avtomobil, istərsə də sərnişin sıxlığı müşahidə olunmur və yayılan məlumatlar həqiqətə uyğun deyil. Hər hansı fakta söykənməyən bu xəbərlərin yayılması isə qərəz və ya naşılığın əlamətidir:

"Eyni zamanda, bu gün yol hərəkəti qaydalarını pozan, Yol Patrul Xidməti əməkdaşlarının saxla əmrinə tabe olmayan və qəza törədən Adıgözəlov Elvin Nüsrət oğlu adlı şəxs barədə məlumat yayılıb, həmin məlumatda Elvin Adıgözəlovun Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutan Nüsrət Adıgözəlov adlı şəxsin oğlu olduğu iddia edilir.

Dövlət Gömrük Komitəsi bildirir ki, ümumiyyətlə, gömrük orqanlarında Nüsrət Adıgözəlov adlı əməkdaş xidmət etmir və bu barədə yayılan məlumatlar da həqiqətə uyğun deyil".


Müəllif: İlhamə

Oxşar xəbərlər