31 Mart 2018 22:55
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Türkiyənin Mərmərə Universitetinin məzunu, azərbaycanlı jurnalist, yazar və kolleksiyaçı Dilqəm Əhmədlə görüş keçirilib.

İnstitutdan Teleqraf.com-a bildiriblər ki, gənc alimlərlə keçirilən görüş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunub.

Tədbir iştirakçıları 2012-ci ildən AXC-nin tarixi irsinə aid materialların, sənədlərin, əlyazmalarının toplanması ilə məşğul olan Dilqəm Əhmədin təqdim etdiyi materialların sərgisi ilə tanış olublar.

Şərqşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə azərbaycanlı jurnalistin topladığı materialların əhəmiyyətini qeyd edib, bunların gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.

Dilqəm Əhməd təqdim etdiyi fotomateriallar və slayd vasitəsilə AXC-nin tarixindən danışıb, gənc şərqşünasların suallarını cavablandırıb.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pərviz Ağayev Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamını xatırladıb, bu görüşün gənc alimlərinin AXC-nin tarixi ilə bağlı yeni materiallarla tanış olması baxımından əhəmiyyətini qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər