Təhsil eksperti Kamran Əsədov valideyn, müəllim və abituriyentlərə müracət edib.
Teleqraf.com xəbər verir ki, o, müraciəti özünün Feysbuk hesabında paylaşıb:
“Əziz dostlar, valideynlər, müəllimlər, abituriyentlər əgər qəbul imtahanları ilə bağlı abituriyentin və ya sınaq imtahanı ilə bağlı elektron ərizəsinin verilməsi ilə bağlı probleminiz yaranarsa, saatından asılı olmayaraq müraciət edə bilərsiniz.
Təmənnasız olaraq bu məsələdə sizə köməyimi təklif edirəm”