Müəyyən müddətdən sonra bu haqda danışacağam.
Bu sözləri aparıcı Ulvira Qarayeva rəhbərlik etdiyi CVN adlı yeni TV kanalın bu gündən fəaliyyətə başlaması haqda danışarkən Teleqraf.com-a deyib.
Saytımıza açıqlama verən aparıcı hələlik ətraflı məlumat vermək istəmədiyini bildirib: “Tamaşaçılar izləsinlər. Müəyyən müddətdən sonra bu haqda danışacağam. Bəzi saytlarda yazıblar ki, bu, Feysbukda qısa zamanda populyarlaşan “Belə-belə işlər” layihəsinin davamıdır, ancaq yanlış məlumatdır. Onlar başqadır, biz başqa”.
Ulvira Qarayeva yeni kanalda keçmiş həmkarlarının işləyib-işləməyəcəyi haqda sualımıza cavab verməsə də, bu haqda da yaxın zamanda sosial şəbəkələrdə məlumat veriləcəyini bildirdi.