İntihar edən qız 17 yaşlı Mirzəyeva Ulduz Şəfi qızıdır.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Şamaxı rayonunda Çöl Bağırlı kənd bələdiyyəsindən bildiriblər.
Bələdiyyədən verilən məlumata görə, hadisə dünən axşam saat 21-22 radələrində baş verib:
“Dünən xəbər yayıldı ki, Şəfinin qızının təzyiqi düşüb. Vəziyyəti pisdir, Ağsuya apardılar. Bizim kənd Ağsu rayonunun 20 kilometrliyindədir deyə, ora xəstəxanaya aparıblar. Sən demə, intihar edibmiş. Amma çatanda həkim deyib ki, gecdir, artıq keçinib. Öz xalası oğluna nişanlı idi, məcburiyyət də olmayıb. Nə səbəbə intihar etdiyini polis araşdırır”.
Qeyd edək ki, Şamaxı rayonunun Çölbağırlı kəndində intihar hadisəsi qeydə alınıb.