2 Aprel 2018 17:06
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi "reket nəşr"lər və onlara yaxın adamlar Azərbaycan Mətbuat Şurasının adından sui-istifadə edərək ayrı-ayrı vətəndaşların etimadını qazanmaq, bununla da özlərinin maddi maraqlarını gerçəkləşdirmək yolu tuturlar.

Teleqraf.com xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, belə faktlara əvvəllər də rast gəlinib və hüquqi müstəvidə müvafiq ölçü götürülüb: “Bir müddət öncə guya MŞ-yə məxsus olduğu iddia edilən jurnalist vəsiqələrinin kimlərəsə satıldığına dair məlumat əldə etdik. Həmin vəsiqələr tərəfimizdən Facebook sosial şəbəkəsində yayımlandı, onların Şuraya məxsus olmadığı vurğulandı. Bununla əlaqədar müxtəlif internet media resurslarında xəbərlər yer aldı. Ardınca hüquq-mühafizə orqanları hərəkətə keçdi”.

Sədr əlavə edib ki, MŞ-nin adından saxtakarlıq edən şəxslər saxlanılıb: “Bu gün burada belə bir mükafatın şəkli paylaşılıb. Təbii ki, Mətbuat Şurasının üzərində şəkildə gördüyünüz formada və məzmunda hər hansı mükafatı yoxdur, heç zaman da olmayıb. Belə görünür, Şuranın adından yararlanaraq, özlərinin lokal maraqlarını reallaşdırmaq yolu tutan kimlərsə yenə də "fəaliyyətdədir". Qətiyyətlə bildiririk ki, bu cür saxtakarlığa yol verən, Mətbuat Şurasının cəmiyyətdəki nüfuzuna xələl gətirməyə çalışan şəxslər qanunlarımız çərçivəsində cəzalanacaqlar. Bu öz yerində. Təəssüf ki, dələduz təfəkkürün məhsulu kimi meydana çıxdığı şübhə doğurmayan belə neqativ nümunələri Mətbuat Şurasına ünvanlanmış sətiraltı ifadələrlə, eyhamlarla bəzəyərək cəmiyyətə çatdırmaq yolu tutanlar da var. Belələrini şəkildə gördüyünüz mükafatı "dövriyyəyə buraxanlardan" müsbət mənada fərqləndirməkdə çətinlik çəkirəm. Gəlin, ədalətli olaq!”


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər