3 Aprel 2018 00:03
2 506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəhayət ki, bizim ölkəmizdə də işıqforların, yol nişanlarının, nişanlanma xətlərinin və yol hərəkəti təşkilinin digər texniki vasitələrinin tətbiqi ilə əlaqədar milli qanunvericiliyimiz olacaq, sovet dövründən qalan aktlara istinad etməkdən canımız qurtaracaq.

Teleqraf.com xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Prezident İlham Əliyevin Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında imzaladığı fərmanı şərh edərkən bildirib.

Ə.Hüseynov bildirib ki, fərmana əsasən Bakıdakı bütün parklanma yerləri Bakı Nəqliyyat Agentliyinə veriləcək: "Həmçinin, bütün avtobus və taksi dayanacaqları da Agentliyin balansına veriləcək. Bakının bütün işıqforları vahid mərkəzdən idarə ediləcək. Paytaxtın büün küçələrində nəqliyyatın hərəkətini vəziyyəti təhlil olunacaq və təbii ki, xeyli əhəmiyyətli düzəlişlər olacaq.

O cümlədən, Bakıda ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin və təhlükəsizliyinin artırılması üçün real tədbirlər görülməsi (avtobus parklarının yaradılması, sürücülərin xüsusi hazırlığı, texniki nəzarət və s.) mümkün olacaq və s".

Ə.Hüseynov fərmanın Bakının nəqliyyat sektorunda əsaslı dönüş yaradacağına ümid etdiyini bildirib.


Müəllif: Ayxan

Oxşar xəbərlər