09:29
Bakının Rəsulzadə qəsəbəsindən keçən magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün Abşeron, eləcə də paytaxtın Binəqədi və Nəsimi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu abrədə Azərsu ASC-dən Teleqraf.com-a bildirilib.
Yaranmış narahatlıqla əlaqədar Azərsu ASC abonentlərdən üzr istəyir.
***
Bakının Məmməd Əmin Rəsulzadə qəsəbəsindən keçən magistral su kəmərində baş vermiş qəza bu gün axşama kimi aradan qaldıracaq.
Bunu Teleqraf.com-a açıqlamasında Azərsu Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, su borusunda baş verən qəzanın səbəbi onun köhnə olmasıdır: “Diametri 1000 mm olan partlamış boru xətti 1960-ci illərin sonunda çəkilib. Hazırda “Azərsu”nun texnikası əraziyə cəlb edilib, borunun içini boşaldılır. Daha sonra qaynaq və təmir işləri aparılacaq”.
Qeyd edək ki, bu gecə Binəqədi rayonunda Məmməd Əmin Rəsulzadə qəsəbəsindən keçən və Bakının bir hissəsini içməli suyla təmin edən boru xəttində qəza baş verib. Nəticədə şəhərin bir hissəsinin içməli suyla təminatı dayandırılıb.
Bundan başqa, boru xəttinin keçdiyi ərazidə 30-a yaxın evin ərazisini su basıb.