Azərbaycanın Energetika Nazirliyi Hökumət Evindən çıxır.
Dünəndən nazirliyin aparatının yeni ünvana köçürülməsinə başlanılıb.
Bundan sonra qurum Heydər Əliyev prospekti, 152 ünvanında (Çinar Plaza) yerləşəcək. İş mərkəzinin 12, 14 və 16-cı mərtəbələri Energetika Nazirliyinə ayrılıb. Nazirliklə yanaşı, onun tabeliyində olan qurumların da bura köçürüldüyü bildirilir.
Energetika Nazirliyinin Hökumət Evindəki köhnə ünvanının isə İqtisadiyyat Nazirliyinin balansına veriləcəyi gözlənilir./Report/