3 Aprel 2018 13:37
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 4-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, Aprelin 03-ü axşam, aprelin 04-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, aprelin 05-06-da meteoroloji amillərin normal sutkalıq gedişi əksər əhali üçün əlverişlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova Axar.az-a bildirib ki, növbəti 3 gün ərzində paytaxtda və bölgələrdə hava yağıntılı olacaq:

“Aprelin 3-ü gündüz saatlarından ayın 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Şimşək çaxacaq, arabir yağış yağacaq. Bəzi dağlıq ərazilərdə qarın yağma ehtimalı var. Yağıntılar ayrı-ayrı yerlərdə intensiv xarakterli olacaq. Ayın 3-ü və 4-ü gün ərzində şimal-qərb küləyinin güclənməsi müşahidə olunacaq, arabir yağış yağacaq. Paytaxtda, eləcə də bölgələrdə yağıntılı hava şəraiti hökm sürəcək. Ayın 5-i gündüz saatlarından başlayaraq yağıntı kəsəcək. Dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər