3 Aprel 2018 16:01
3 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi Pirşağı qəsəbəsində baş verən yanğın barədə məlumat yayıb.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, Pirşağı qəsəbəsində yerləşən "Gilavar" sanatoriyasının ərazisində (hazırda fəaliyyət göstərmir) məcburi köçkünlərin məskunlaşdığı üçmərtəbəli korpusun 1-ci mərtəbəsində ümumi sahəsi 42 kvadrat metr olan 2 otağın və dəhlizin yanar konstruksiyaları, binaya bitişik tikilmiş ümumi sahəsi 18 kvadrat metr olan köməkçi tikilinin yanar konstruksiyaları və zirzəmiyə yığılmış məişət əşyaları 18 kvadrat metr sahədə yanıb.

Yanğın zamanı yuxarı mərtəbələrdəki tüstülənmiş otaqlardan 55 nəfər sakin Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən təxliyə edilib. Bina yanğından mühafizə olunub.

Yanğın bölmələri tərəfindən yanğın söndürülüb.

***

14:59

Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada baş verən yanğın nəticəsində 7 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən açıqlamaya görə, onlar Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, zərərçəkənlər tüstüdən zəhərlənib: "Onlardan ikisi azyaşlı uşaqdır. Xəstələr ciddi xəsarət almayıb”.

***

14:27

Bakıda sanatoriya binasında yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, hadisə paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada baş verib.

Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğının qarşısını almaq üçün tədbirlər görülür.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər